Say (qrammatika)

Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi.

"Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır.

Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s.

Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search